Füzulidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb

Füzulidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb
Yayınlanma tarixi: 9.11.2022 10:35:51

Füzuli rayonunun Arayatlı kəndində ümumi sahəsi 208 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

FHN-dən "İslamazeri.com"a verilən məlumata görə, partlayış dalğasının təsirindən otaqların pəncərə çərçivələri dağılıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 53 m² olan talvar yanıb. Hadisə zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

GÜNÜN MANŞETLERİ