Burkina Faso ordusundan verilən yazılı açıqlamaya görə, Sabrə əməliyyatında xidmət edən fransız əsgərlərin hamısı ölkəni tərk edib.
Burkina Faso ordusu Sabrə əməliyyatında xidmət edən bütün fransız əsgərlərinin ölkəni tərk etdiyini bildirib.
İslamazeri.com xəbər verir ki, Burkina Faso ordusundan verilən yazılı açıqlamaya görə, Sabrə əməliyyatında xidmət edən fransız əsgərlərin hamısı ölkəni tərk edib.
Fransa əsgərlərinin yerləşdiyi paytaxt Vaqaduqu yaxınlığındakı Kamboinsin hərbi bazası da boşaldılıb.
Qeyd edək ki, 30 sentyabr 2022-ci ildə Burkina Fasoda hakimiyyətə gələn hərbi hökumət yanvarın 23-də Fransa ilə hərbi əməkdaşlıq müqaviləsini ləğv etdiyini açıqlayıb və fransız əsgərlərinə ölkəni tərk etmələri üçün 1 ay vaxt verib.