Fransada pensiya islahatına qarşı etirazlar davam edir

Fransada pensiya islahatına qarşı etirazlar davam edir
Yayınlanma tarixi: 4/14/2023 1:14:09 PM

Fransanın paytaxtı Parisdə pensiya islahatına qarşı keçirilən etirazlar zamanı polislə nümayişçilər arasında baş verən qarşıdurmada 11 nəfər yaralanıb, 47 nəfər saxlanılıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə pensiya islahatına qarşı keçirilən etirazlar zamanı polislə nümayişçilər arasında baş verən qarşıdurmada 11 nəfər yaralanıb, 47 nəfər saxlanılıb.
Fransızlar  Paris, Nant, Renn və Tuluza başda olmaqla bir sıra şəhərdə pensiya islahatlarına qarşı nümayişlər keçiriblər.
Parisdə nümayişçilər Opera meydanından Bastiliya meydanına qədər yürüş ediblər.
Etirazçılar "Fransa prezidenti Emmanuel Makronu təqaüdə göndərək", "İşçilərin ləyaqəti və daha yaxşı dünya üçün buradayıq", "Paris ayağa qalx"  kimi şüarlar sləndiriblər.
Nümayiş zamanı vaxtaşırı polislə nümayişçilər arasında gərginlik yaşanıb.
Polis nümayişçilərə gözyaşardıcı qaz və dəyənəklərlə müdaxilə edib.
Yerli mətbuat orqanların rəsmi mənbələrə istinadən yaydığı məlumata görə, 1-i nümayişçi və 10-nu da polis olmaqla 11 nəfər yaralanıb, 47 nəfər saxlanılıb.

GÜNÜN MANŞETLERİ

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Karlson: Tramp İrana hücum etdiyi üçün həbs olunmalıdır

3/14/2026 10:13:29 PM
Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək
REGİON / İRAN

Əraqçi: İran bu hücumlara mütləq cavab verəcək

3/14/2026 9:52:22 PM
İranlı deputatdan Ukraynaya xəbərdarlıq
REGİON / İRAN

İranlı deputatdan Ukraynaya xəbərdarlıq

3/14/2026 8:16:40 PM