Fransanın paytaxtı Parisdə toplaşan minlərlə nümayişçi ölkələrinin NATO-dan çıxmasını tələb edib.
Ukrayna-Rusiya müharibəsinin birinci ildönümü ilə əlaqədar bir çox ölkələrdə müharibə əleyhinə aksiyalar keçirilib. Parisdə toplaşan minlərlə nümayişçi ölkələrinin NATO-dan çıxmasını tələb edib.
İslamazeri.com xəbər verir ki, Fransanın paytaxtı Parisdə toplaşan minlərlə nümayişçi ölkələrinin NATO-dan çıxmasını tələb edib.
Almaniyanın paytaxtı Berlində də Ukrayna müharibəsinə son qoymaq üçün Rusiya ilə danışıqlar tələbi ilə nümayiş keçirilib.
Fevralın 25-i şənbə günü buludlu hava şəraitinə baxmayaraq, on minlərlə insan tarixi Brandenburq darvazasının qarşısına toplaşıb.
Sol Partiyasının deputatı Sahra Vaqenknext və jurnalist-yazar Alice Şvarzerin dəvəti ilə toplaşan nümayişçilər NATO və Ukraynaya daha çox silah verilməməsinə qarşı çıxıblar.