Əfqanıstana qonşu ölkələrin xarici işlər nazirlərinin IV iclası keçirilib

Əfqanıstana qonşu ölkələrin xarici işlər nazirlərinin IV iclası keçirilib
Yayınlanma tarixi: 14.04.2023 16:25:12

Özbəkistan, İran, Çin, Pakistan, Tacikistan, Türkmənistan və Rusiya Əfqanıstan iqtisadiyyatının inkişafı üçün birgə mexanizmin yaradılması barədə razılığa gəliblər.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Özbəkistanın Səmərqənd şəhərində Özbəkistan, İran, Çin, Pakistan, Tacikistan, Türkmənistan və Rusiya xarici işlər nazirlərinin 4-cü iclası keçirilib.

Özbəkistan xarici işlər nazirinin müavini Bəxtiyar Səidovun ev sahibliyi ilə keçirilən iclasda Çinin xarici işlər naziri Çin Qanq, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Tacikistanın xarici işlər naziri Siraciddin Muhriddin, Pakistanın xarici işlər üzrə dövlət naziri Hina Rabbani Xar və Türkmənistanın xarici işlər nazirinin müavini Vepa Hacıyev iştirak ediblər.

Özbəkistan Xarici İşlər Nazirliyinin görüşün nəticələri ilə bağlı verdiyi yazılı açıqlamaya görə, nazirlər Əfqanıstan iqtisadiyyatının inkişafı üçün ümumi mexanizmin yaradılması ilə bağlı razılığa gəliblər.

Əfqanıstanda beynəlxalq terrorizm, narkotik vasitələrinin istehsalı və qaçaqmalçılığı  ilə mübarizəni ətraflı müzakirə edən nazirlər Əfqanıstandakı mövcud vəziyyət, ölkədə inklüziv hökumətin qurulması, əfqan qadınların işləməsi və təhsil alma imkanları ilə azlıqların milli hüquqlarının müdafiəsi kimi məsələlər ətraflı şəkildə nəzərdən keçirilib.
Nazirlər Əfqanıstanın potensialından tam istifadənin Mərkəzi və Cənubi Asiya arasında regionlararası əlaqələrin daha da inkişafı üçün əsas amil olduğunu qeyd ediblər.

GÜNÜN MANŞETLERİ