İraqın Nəcəf şəhərində ilk beynəxalq kitab sərgisi keçirilib
İslamazeri.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, sərgidə həm ərəb, həm də qeyri-ərəb dillərində kitablar sərgiyə çıxarılıb.
“Shafaqna İraq”ın müxbirinə münasibət bildirən sərginin məsulu Heydər Haşimi İraq, İran, BƏƏ, İordaniya, Suriya, Livan və digər ölkələrdən onlarla kitabın sərgidə nümayiş etdirildiyini bildirib.
O sərginin İraqın din, ictimai, mədəniyyət və dövlət xadimlərinin iştirakı ilə açılış edildiyini də önə çəkib.