Genişləndirmə layihəsi,cənub, şərq və şimal tərəflərində (Qiblə, Saat və Tus) müqəddəs hərəmin əsas giriş qapıları ilə üzbəüz yerləşən ümumi sahəsi 6 min kvadrat metr olan üç ox üzrə başladılıb.
İmam Əli (ə) hərəminin xarici həyətində həyata keçirilən yeni genişləndirmə layihəsində söküntü işlərinin qabaqcıl mərhələləri başa çatıb.
İslamazeri.com xəbər verir ki, bu barədə hərəmin İdarə Heyətinin üzvü, doktor Əbdül Hadi Əl-İbrahimi bildirib.
İbrahimi bildirib ki, hərəmdə işlər əsasən 2 istiqamətdə aparılır.
Bu işin birinci istiqaməti genişləndirmə layihəsini davam etdirmək, digəri isə hərəmin yaxınlığında yerləşən arxeoloji abidələri və dini-tarixi irsi qorumaqdır.
Həmçinin qeyd edilib ki, genişləndirmə işləri artıq 1 aydır ki, başlayıb və İraq daxilində və xaricdən bir sıra akademik orqanlar və mühəndislərlə əməkdaşlıq edərək davam etdirilir.
Qeyd edilib ki, genişləndirmə işləri hərəmin cənub, şərq və şimal tərəflərində (Qiblə, Saat və Tus) və ziyarətgahın əsas giriş qapıları ilə üzbəüz yerləşən ümumi sahəsi 6 min kvadrat metr olan üç ox üzrə başladılıb.
Fotoları təqdim edirik: