İmam Hüseyn (ə) hərəmindən əlil qadınlar üçün sığınacaq layihəsi - FOTO

Yayınlanma tarixi: 21.11.2022 13:52:51

Kərbəlada İmam Hüseyn (ə) ziyarətgahı əlil qadınlar üçün 324 nəfərlik sığınacaq binasının layihəsinə start verib.

İslamazeri.com xəbər verir ki, bu layihədə müayinə və müalicə otaqları, labaratoriya, kitabxana, yaşıllıqlar və 324 çarpayılıq yataq otaqları nəzərdə tutulmuşdur.

Ziyarətgah Kompleksdən verilən məlumata görə, bu 6 mərtəbəli bina 6570 kvadrat metrlik olmaqla, tikinti sahəsi 13000 kvadrat metr olacaqdır.

Bu İmam Hüseyn (ə) ziyarətgahının həyata keçirdiyi ilk layihə deyil.

GÜNÜN MANŞETLERİ