FHN bir sutkada 7 nəfər köməksiz qalan şəxsi xilas edib

FHN bir sutkada 7 nəfər köməksiz qalan şəxsi xilas edib
Yayınlanma tarixi: 24.10.2022 10:13:11

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5-i azyaşlı olmaqla 7 nəfər xilas edilib.

Azərbaycanda FHN bir sutkada 7 nəfəri xilas edib.

Nazirlikdən İslamazeri.com-a verilən məlumata görə, qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 18 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5-i azyaşlı olmaqla 7 nəfər xilas edilib. Bakı şəhərinin Xətai rayonunda evdə baş verən yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

GÜNÜN MANŞETLERİ