FHN: Bakıda dərəyə düşən şəxs xilas edilib

FHN: Bakıda dərəyə düşən şəxs xilas edilib
Yayınlanma tarixi: 27.10.2022 11:15:14

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rüstəm Rüstəmov küçəsində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən "İslamazeri.com"a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş Hüseynov Salman Ərzuman oğlu restoranın həyətyanı sahəsinə çəkilmiş hasarın üstündən yıxılaraq təxminən 10 metr dərinliyi olan dərəyə düşüb və müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə S.Hüseynovu dərədən çıxarıb təcili tibbi yardım briqadasına təhvil verərək xilas ediblər.

GÜNÜN MANŞETLERİ