FHN Bakı-Qazax avtomagistralındakı subasma ilə bağlı məlumat yayıb

FHN Bakı-Qazax avtomagistralındakı subasma ilə bağlı məlumat yayıb
Yayınlanma tarixi: 15.10.2022 10:07:39

Məlum olduğu kimi, Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.

Fövqəladə Hallar Nazirliyindən "İslamazeri.com"a verilən məlumata görə, Nazirliyin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.

GÜNÜN MANŞETLERİ