"Facebook"-da böyük xəta

Yayınlanma tarixi: 20.05.2023 14:30:14

Yeniləmədəki səhv "Facebook" istifadəçilərinin profillərinə daxil olduqları bütün insanlara avtomatik olaraq dostluq sorğusu göndərməsinə səbəb olub.

"Facebook"-un "Android" ekosistemi üçün ən son yenilənməsi tətbiqdə çox ciddi problem yaradıb.

İslamazeri.com "Trend"ə istinadən xəbər verir ki, yeniləmədəki səhv "Facebook" istifadəçilərinin profillərinə daxil olduqları bütün insanlara avtomatik olaraq dostluq sorğusu göndərməsinə səbəb olub. Mövzu ilə bağlı "Facebook"-dan açıqlama gəlib.

"Facebook"-un sözçüsü məlumat verib:

"Bəzi "Facebook" dostluq sorğularının səhv göndərilməsinə səbəb olan ən son proqram yeniləməsi ilə bağlı səhvi düzəltdik. Bunun səbəb ola biləcəyi narahatlığa görə üzr istəyirik".

GÜNÜN MANŞETLERİ