Estoniya Rusiya və Belarus vətəndaşlarına yaşayış icazəsini dəyişdi.
Estoniya hökuməti Rusiya və Belarus tələbələrinə, həkimlərinə və alimlərinə yeni yaşayış icazəsi üçün müraciət etməyə imkan verən sanksiya azadlığını təsdiqləyib.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Estoniya hökumətindən verilən açıqlamada bildirilir: “Rusiya və Belarus tələbələr, həkimlər və alimləri yeni yaşayış icazəsi üçün müraciət edə və ölkədə daha uzun müddət qala bilərlər.
Sanksiyalardan azadolma yalnız Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl (24 fevral 2022-ci il) Estoniyaya daxil olan və Estoniya dilini B2 səviyyəsində bilənlərə şamil edilir”.
Məlumatda dil tələbinin akademiklərə şamil edilməyəcəyi də paylaşılıb.