Keçmiş müdafiə nazirinin qohumları ilə görüşü və telefon danışıqlarının da məhdudlaşdırıldığı bildirilir.
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın ölkədən çıxşına qadağa qoyulub.
İslamazeri.com “Report”-a istinadən xəbər verir ki, bu barədə D.Tonoyanın vəkili Sergey Ohanesyan bildirib.
Onun sözlərinə görə, David Tonoyanın qohumları ilə görüşü, telefon danışıqları da məhdudlaşdırılıb.
Vəkil həmçinin bildirib ki, Milli Təhlükəsizlik Xidmətinin qərarına əsasən, D.Tonoyanın ittiham olunduğu vaxtı keçmiş və keyfiyyətsiz partlayıcı maddələr ekspertizadan keçirilməyəcək.
Qeyd edək ki, keçmiş müdafiə naziri vaxtı keçmiş və keyfiyyətsiz partlayıcı maddələrlə bağlı ittiham olunur.