Erməni mediası: "Paşinyan Əliyevin qəzəbindən qorxur"

Erməni mediası:
Yayınlanma tarixi: 11/3/2021 5:47:53 PM

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda separatçı-terrorçu rejimin rəhbəri Araik Arutyunyanı qəbul edib.

İslamazeri.com "Publika.az"-a istinadən xəbər verir ki, İrəvanda keçirilən görüşdə qondarma rejimin əski parçası olan “bayrağının” olmaması erməniləri qəzəbləndirib.

Ermənistan mediası yazır ki, Paşinyan bununla “artsax”ın olmadığını nümayiş etdirir.

“Paşinyanla görüşdə “artsax”ın “bayrağı” yenə yoxa çıxıb. Nikol bununla “artsax” dövlətinin olmadığını nümayiş etdirməyə davam edir. İstisna deyil ki, Paşinyan Əliyevin qəzəbindən qorxur”, - hayeli.am saytı yazır.

Qeyd edək ki, 44 günlük müharibədən öncə Qarabağdakı separatçı-terrorçu rejimin rəhbərliyi İrəvanda qəbul olunarkən, salonda qondarma “bayraq” da olurdu. Müharibədən sonra bu artıq gözə dəymir.

GÜNÜN MANŞETLERİ

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Husilər İrana dəstək olaraq müharibəyə qoşulacaqlarmı?

3/16/2026 12:30:01 AM
Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Livan Hizbullahının son 3 saat ərzində əməliyyatları - XÜLASƏ

3/16/2026 12:16:01 AM
İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran İsrailin ultra-məxfi bölməsini raketlə vurdu

3/16/2026 12:02:16 AM