Elektron cihazlarla şagird və müəllimlərin davamiyyətinə nəzarət ediləcək

Elektron cihazlarla şagird və müəllimlərin davamiyyətinə nəzarət ediləcək
Yayınlanma tarixi: 14.10.2022 12:34:33

Nazir müəllim və şagirdlərin dərsə davamiyyətinin yoxlanılması üçün yeni metodun tətbiqindən danışıb.

Heç bir tədris olmadığı halda müəllimlərin maaş alması kimi faktlar da olub.

İslamazeri.com xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazir müəllim və şagirdlərin dərsə davamiyyətinin yoxlanılması üçün yeni metodun tətbiqindən danışıb: "Hər bir məktəbdə davamiyyət məsələsi üçün barmaq izləri ilə bağlı cihazlar quraşdırılıb. Bunun nəticəsində həmin məktəblərdə şagirdlər və müəllimlərin davamiyyəti prosesinə birbaşa nəzarət ediləcək. Bu nəzarət tədris olmadığı halda müəllimlərin maaş alması pozuntusunun da qarşısını alacaq. İstənilən halda, sözügedən islahatın verəcəyi faydalar çoxdur".

GÜNÜN MANŞETLERİ