Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
İdarədən "İslamazeri.com"a verilən xəbərə görə, müraciətdə deyilir:
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir".