DYP dumanlı hava ilə bağlı müraciət edib

DYP dumanlı hava ilə bağlı müraciət edib
Yayınlanma tarixi: 27.02.2023 11:27:51

DYP dumanlı hava ilə bağlı müraciət edib.

Bakı şəhər Dövlət Yol Polis İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

İslamazeri.com xəbər verir ki, İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, dumanlı hava şəraiti ilə bağlı sürücülər ara məsafəsinə, sürət həddinə diqqət yetirməlidir:

O, dumanlı havada görmə məsafəsinin aşağı düşdüyünü vurğulayıb: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsində meteoroloji vəziyyət dəyişdikdə sürücülərin nələrə diqqət yetirməli olduqları xüsusi olaraq göstərilib. Sürücülərdən yollarda piyadalara qarşı diqqətli olmağı və duman əleyhinə olan işıqlardan təyinatı üzrə istifadə etməyi xahiş edirik!”

GÜNÜN MANŞETLERİ