DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirir, saxlanılanlar var

DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirir, saxlanılanlar var
Yayınlanma tarixi: 1.11.2022 12:47:03

Əməliyyat zamanı vəzifəli şəxslərin saxlanıldığı bildirilir.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirir.

İslamazeri.com xəbər verir ki, əməliyyat zamanı vəzifəli şəxslərin saxlanıldığı bildirilir.

Saxlanılanlar arasında Nazirliyin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov da var.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

GÜNÜN MANŞETLERİ