DTX Beyləqanda əməliyyat keçirib

DTX Beyləqanda əməliyyat keçirib
Yayınlanma tarixi: 16.11.2022 13:14:03

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Beyləqanda əməliyyat keçirib.

İslamazeri.com xəbər verir ki, əməliyyat İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsində keçirilib.

Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.

Onların arasında İdarənin arxiv şöbəsinin müdiri Dəyanət Atakişiyev də var.

Qeyd edək ki, xəbəri ilk olaraq "bakupost.az" saytı yayıb.

GÜNÜN MANŞETLERİ