DSX: 2 Pakistan vətəndaşı saxlanılıb

DSX: 2 Pakistan vətəndaşı saxlanılıb
Yayınlanma tarixi: 28.12.2022 11:24:03

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat veriib.

Dekabr ayının 27-də saat 10:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 (iki) nəfər Pakistan İslam Respublikası vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "İslamazeri.com"a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

GÜNÜN MANŞETLERİ