DİN: AXCP fəalı həbs edilib

DİN: AXCP fəalı həbs edilib
Yayınlanma tarixi: 26.10.2022 10:32:56

Daxili İşlər Nazirliyi (DİN) AXCP fəalı Ramid Nağıyevin 24 oktyabrda aksiyada iştirak etdiyinə görə həbs edilməsi iddialarına münasibət bildirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı "İslamazeri.com"a bildirib ki, Ramid Nağıyev aksiyada iştirakına görə yox, probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə barəsində inzibati həbs tətbiq edilib: "Onun saxlanılmasında siyasi motiv yoxdur".

GÜNÜN MANŞETLERİ