Deputatlar Qazaxıstanda prezident seçkilərini müşahidə edəcəklər

Deputatlar Qazaxıstanda prezident seçkilərini müşahidə edəcəklər
Yayınlanma tarixi: 16.11.2022 10:13:37

Beynəlxalq müşahidəçilər qismində seçkilərdə iştirak edəcək deputatlarımız hazırlıq mərhələsi ilə tanış olacaq və seçki məntəqələrində prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "İslamazeri.com"a verilən xəbərə görə, deputatlar Jalə Əliyeva, Naqif Həmzəyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) xətti ilə, millət vəkili Vüqar İskəndərov Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) tərəfindən seçkiləri izləyəcəklər.

Beynəlxalq müşahidəçilər qismində seçkilərdə iştirak edəcək deputatlarımız hazırlıq mərhələsi ilə tanış olacaq və seçki məntəqələrində prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər noyabrın 23-də başa çatacaq.

GÜNÜN MANŞETLERİ