"Amerikanın kölgəsi kiçildikcə, sülh işığı böyüyür"
Çin Xarici İşlər Nazirliyi bildirib ki, Suriyanın Ərəb Liqasına qayıtması bir daha göstərir ki, Amerikanın kölgəsi azaldıqda sülh işığı daha da böyüyür.
İslamazeri.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin mətbuat konfransında bildirib:
"Amerika və bir neçə ölkə öz oyun üsullarını “qaydalar”, digər ölkələrdəki sistem dəyişikliklərini isə “yenilik” adlandırırlar.
Bu mürəkkəb siyasi islahat artıq onları heç bir yerə aparmayacaq.
Biz inanırıq ki, ərəb ölkələrinin hərtərəfli səyləri ilə həmrəylik və diriliş mütləq əldə olunacaq”.
Qeyd edək ki, Ərəb Dövlətləri Liqası Suriya nümayəndə heyətlərinin Ərəb Liqası Şurası və əlaqədar qurum və təşkilatların iclaslarında iştirakının mayın 7-dən etibarən bərpa olunduğunu açıqlayıb.