Prezident Yoon Suk Yeol Paytaxt Seulda ölkəsinin xarici və müdafiə rəsmiləri ilə bir araya gəlib.
Cənubi Koreya rəhbərliyi nüvə silahı əldə edə biləcək potensiala sahib olduqlarını bildirib
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Yoon Suk Yeol Paytaxt Seulda ölkəsinin xarici və müdafiə rəsmiləri ilə bir araya gəlib.
Yoon yığıncaqda etdiyi çıxışında Cənubi Koreyanın nüvə silahı əldə edə biləcəyinə diqqət çəkib. Bunun üçün Ölkənin qabaqcıl texnologiyasından istifadə ediləcəyini ifadə edən prezident: “Şimali Koreyanın nüvə təhlükəsi artarsa, biz öz nüvə silahlarımızı əldə edə bilərik”.
Qeyd edək ki, Şimali Koreya 2022-ci ildə bölgədə 37 raket sınağı həyata keçirib.