Cənubi Koreya müsəlmanları BMT-yə müraciət etdi

Cənubi Koreya müsəlmanları BMT-yə müraciət etdi
Yayınlanma tarixi: 28.12.2022 12:25:54

Cənubi Koreyalı bir qrup müsəlman ölkə rəhbərliyinin diqqətsizliyinə görə BMT-dən "Daeju" şəhərində məscidin tikintisinə kömək istəyib.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Cənubi Koreyada yerli hakimiyyət orqanlarının məhkəmə qərarlarını yerinə yetirməməsindən narahat olan islam qruplaşması BMT-dən müsəlman icması üçün məscid tikilməsinə yardım göstərməsini istəyib.

Bu tələb cənub-şərqdəki Daeju şəhərində yerli sakinlərin Kyunqpok Milli Universitetinin yaxınlığındakı məscidin tikintisinə mane olmasından sonra edilib. Bu iki mərtəbəli məscidin tikintisinə icazə 2020-ci ildə verilib və bu yer əvvəllər ibadət yeri kimi istifadə olunub.

Bu İslam insan haqları qrupu BMT-nin dini azadlıqlar üzrə xüsusi məruzəçisinə müraciət edib. Bu müraciətdə sakinlərin bu məscidin tikintisinə mane olmasının qarşısını almaq üçün Cənubi Koreyanın mərkəzi və yerli hökumətlərindən işə müdaxilə etmələrini istəyib.

Məscidin sülh yolu ilə həlli üçün işçi qrupu bu tələbi irəli sürdü; Çünki müsəlman icmasının gündəlik ibadət üçün istifadə edilən məscidin tikintisinə mane olmaq tələbinə hakimiyyət orqanları məhəl qoymayıb.

GÜNÜN MANŞETLERİ