Buzovnada qanunsuz tikilən iki tikili sökülüb

Buzovnada qanunsuz tikilən iki tikili sökülüb
Yayınlanma tarixi: 28.02.2023 15:29:09

Bu cür tədbirlərin davamı olaraq bu gün Xəzər rayonu, Buzovna qəsəbəsində iki ünvanda yerləşən tikinti sökülüb.

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qanunsuz tikintilərin qarşısının alınması tədbirləri davam etdirilir.

İslamazeri.com xəbər verir ki, bu cür tədbirlərin davamı olaraq bu gün Xəzər rayonu, Buzovna qəsəbəsində iki ünvanda yerləşən tikinti sökülüb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin əməkdaşı Orxan Kətanovun sözlərinə görə, tikinti sahibi olan fiziki şəxslərə dəfələrlə məlumat verilsə də, onlar işi dayandırmayıblar. Bununla bağlı tikililərin sökülməsi barədə qərar qəbul olunub.

Qeyd edilib ki, FHN tərəfindən bütün respublika ərazisində qanunsuz tikintilərin qarşısının alınması istiqamətində işlər görülür.

GÜNÜN MANŞETLERİ