Bu, Rusiyaya deyil,beynəlxalq infrastruktura qarşı terror aktıdır - Peskov

Bu, Rusiyaya deyil,beynəlxalq infrastruktura qarşı terror aktıdır - Peskov
Yayınlanma tarixi: 1.11.2022 19:27:17

Avropa paytaxtlarının "Şimal axını"nda terror aktı ilə bağlı susması qəbuledilməzdir, bu cür hərəkətlər cavabsız qala bilməz.

İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Əslində, hələlik bizim xüsusi xidmət orqanlarının bizə verdiyi məlumatdan çıxış edirik. Onlarda Sevastopol körfəzinə hücum əməliyyatına rəhbərlik və koordinasiyanın Britaniya hərbi məsləhətçiləri tərəfindən həyata keçirilməsini göstərən məlumatlar və sübutlar var. Böyük Britaniyanın təxribatda iştirak etməsi həyati əhəmiyyətli enerji infrastrukturuna qarşı terror aktıdır. Bu, Rusiyaya deyil,beynəlxalq infrastruktura qarşı terror aktıdır", - Peskov bildirib.
Onun sözlərinə görə, bu məlumat hər kəs tərəfindən təhlil edilməlidir.
"Avropa ölkələrinin qəbuledilməz susqunluğuna baxmayaraq, bu təhlilin yenə də aparılacağını gözləyirik. Bu cür hərəkətləri belə qoymaq olmaz. Təbii ki, gələcək addımlar haqqında da düşünəcəyik. Bunsuz mümkün deyil", - Kremlin sözçüsü vurğulayıb.
Rusiya liderinin sözçüsü qeyd edib ki, Rusiya hələ ki, "Şimal axını"nı təmir etmək barədə qərar verməyib.
"Bu barədə heç bir qərar verilmədiyi halda ekspertlər qiymətləndirmə aparmalıdırlar", - o əlavə edib.
Rusiyanın "Şimal axını"nda terror aktı ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət etmə ehtimalından danışan Peskov ilkin məlumatların toplanması və sistemləşdirilməsinin zəruriliyini vurğulayıb.

GÜNÜN MANŞETLERİ