Bu ölkədə deputatlara "TikTok"dan istifadə qadağan edildi

Bu ölkədə deputatlara
Yayınlanma tarixi: 17.03.2023 18:18:17

Yeni Zelandiyada təhlükəsizlik problemləri səbəbindən millət vəkillərinə və digər parlament üzvlərinə rəsmi mobil telefonlarda Çinin ''TikTok'' sosial şəbəkə tətbiqindən istifadə etmək qadağan edilib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Yeni Zelandiyada təhlükəsizlik problemləri səbəbindən millət vəkillərinə və digər parlament üzvlərinə rəsmi mobil telefonlarda Çinin ''TikTok'' sosial şəbəkə tətbiqindən istifadə etmək qadağan edilib.

Rəsmilər bu addımın hökumətin kibertəhlükəsizlik üzrə ekspertlərinin məsləhəti ilə atıldığını bildiriblər.

Məlumata görə, qərar bu ayın sonunda qüvvəyə minəcək. Ölkədəki qadağa qərarı Amerika Birləşmiş Ştatları və İngiltərədəki kimi bütün dövlət işçilərinə deyil, yalnız parlamentdəki təxminən 500 nəfərin ictimai telefonlarına şamil ediləcək.

Bundan sonra digər qurumlar daha sonra öz qadağalarını tətbiq etməyə qərar verə biləcəklər.
Avropa İttifaqının (Aİ) icra orqanı olan Aİ Komissiyası təhlükəsizlik səbəbindən fevralın 23-də işçilərinə “TikTok” sosial şəbəkə tətbiqindən istifadə etmələrini qadağan edib.

AB Komissiyası və Şurasından sonra AB qurumlarından biri olan Avropa Parlamenti də əməkdaşlarına təhlükəsizlik səbəbindən xidməti smartfonlara “Tiktok” quraşdırmağı qadağan edib.

Norveçin ədliyyə naziri Emilie Enger Mehl hökumət tərəfindən verilən telefona ''TikTok'' proqramını quraşdırdığını bildirmədiyi üçün üzr istəməli olub.

Danimarka Müdafiə Nazirliyi əməkdaşlarına kibertəhlükəsizlik tədbirləri çərçivəsində xidməti smartfonlara “Tiktok” quraşdırmağı qadağan edib.

ABŞ-ın Müdafiə Nazirliyi, Daxili Təhlükəsizlik Departamenti və Dövlət Departamenti ilə Ağ Ev də daxil olmaqla bir çox dövlət qurumları əməkdaşlarına kibertəhlükəsizlik tədbirləri çərçivəsində xidməti smartfonlara “Tiktok” quraşdırmağı qadağan edib.

ABŞ Nümayəndələr Palatası 8 dekabr 2022-ci ildə üzvləri və əməkdaşlarının istifadə etdiyi ''TikTok'' proqramını quraşdırmağı qadağan edib.

Merilend, Nebraska, Cənubi Karolina, Cənubi Dakota, İndiana və Texas da daxil olmaqla, bir çox ştat TikTok-dan istifadəni qadağan edən oxşar qanunlar qəbul edib.

GÜNÜN MANŞETLERİ