Bu ilin 6 ayında yanğınlarda 37 nəfər ölüb

Bu ilin 6 ayında yanğınlarda 37 nəfər ölüb
Yayınlanma tarixi: 10.10.2022 16:18:36

2022-ci ilin I yarımilliyi ərzində baş vermiş yanğın hadisələrindən 933-nün təhqiqatı aparılıb.

İslamazeri.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin 2022-ci ilin yarımilliyi ilə bağlı statistik məlumatlarında qeyd edilib.

Bildirilib ki, yanğın hadisələri zamanı 37 nəfər həlak olub, 130 nəfər xəsarət alıb.

Bu da ötən il ilə müqayisədə yanğından, həlak olanlar üzrə 14 nəfər 6%, xəsarət alanlar üzrə 49 nəfər və ya 60% çoxdur.

GÜNÜN MANŞETLERİ