Britaniyadan İranın 5 yüksək rütbəli təhlükəsizlik rəsmisinə sanksiya

Britaniyadan İranın 5 yüksək rütbəli təhlükəsizlik rəsmisinə sanksiya
Yayınlanma tarixi: 10.10.2022 22:58:29

İngiltərə Qərbin İran İslam Respublikasına qarşı sanksiyalar seriyasının davamında bir bəyanat yayaraq, İranın əxlaq polisi və bir sıra təhlükəsizlik rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

İslamazeri.com İran mediasına istinadən məlumatına əsasən, İngiltərə Xarici İşlər Nazirliyi bazar ertəsi İranın beş yüksək rütbəli təhlükəsizlik rəsmisini, o cümlədən "Bəsice Müstəzəfin" təşkilatının rəhbəri, NACA-nın xüsusi təyinatlı qüvvələrinin komandanı və nizam-intizam qüvvələrinin baş komandanını sanksiya siyahısına salıb.

Sanksiyalara əsasən, bu insanlar Britaniyaya gedə bilməyəcək və onların bu ölkədə və ya Britaniya vətəndaşları tərəfindən hər hansı bir bölgədə saxlanılan aktivləri dondurulacaq.

İran mediası bunu bəhanə adlandıraraq iğtişaşçılara tərəf sərgiləmək kimi dəyərləndirib.

GÜNÜN MANŞETLERİ