BP: Britaniyanın cəmi doqquz günlük qaz ehtiyatı var

BP: Britaniyanın cəmi doqquz günlük qaz ehtiyatı var
Yayınlanma tarixi: 1.11.2022 12:43:31

British Petroleum şirkəti bildirib ki, Britaniyanın qaz ehtiyatlarının həcmi xeyli azaldığından "Rough"adlı qaz anbarını açmağa məcbur olub.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, "Bu gün vətən" qəzetinin məlumatına görə, Britaniyanın cəmi doqquz günlük qaz ehtiyatı var. 

British Petroleum şirkəti də bu ölkənin qış ehtiyaclarını qarşılamaq üçün Şimal dənizinin altında Yorkşir sahillərində yerləşən nəhəng Rough qaz yatağını yenidən açmağa məcbur olub. 

Britaniyanın qaz tutumunu 50 faiz artıracaq bu hərəkət bu qış ölkənin qaz təchizatı üçün çox əsas komponent olacaq. 

British Petroleum-un sahibi olan Centrica şirkəti bildirib ki, Britaniyada qaz çatışmazlığı ilə bağlı narahatlıqlar fonunda, Rough yatağından qazın çıxarılması qışda mövcud olan bütün böhranı həll etmək demək deyil. 

Centrica-nın məlumatına görə,  Avropa ölkələri arasında Britaniya Avropada ən aşağı qaz ehtiyatı səviyyəsinə malikdir.

Britaniyanın 9 günlük qaz ehtiyatına malik olduğu bir halda, Almaniyanın 89 günlük ehtiyatı, Fransanın 103 və Hollandiyanın 123 günlük ehtiyatı var. 

GÜNÜN MANŞETLERİ