BMT zəlzələlərin Türkiyəyə vurduğu zərərin dəyərini açıqlayıb

BMT zəlzələlərin Türkiyəyə vurduğu zərərin dəyərini açıqlayıb
Yayınlanma tarixi: 7.03.2023 16:06:43

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra zərərin dəyərinin 100 milyard dolları keçə biləcəyini təxmin edib.

İslamazeri.com xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Türkiyə daimi nümayəndəsi Louisa Vinton, Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələnin vurduğu zərərin təkcə Türkiyəyə 100 milyard dollardan çox olacağını təxmin etdiklərini söyləyib.

Vinton zəlzələdən zərər çəkmiş Qaziantepdən video bağlantı vasitəsilə jurnalistlərə açıqlamalar verib.

"Artıq aydındır ki, təkcə zərər 100 milyard dollardan çox olacaq" deyən nümayəndə, xilasetmə xərclərinin "aşacağını" əlavə edib.

GÜNÜN MANŞETLERİ