BMT: Türkiyə və Suriyaya əlavə yardım göstərməyə hazırıq

BMT: Türkiyə və Suriyaya əlavə yardım göstərməyə hazırıq
Yayınlanma tarixi: 21.02.2023 10:46:05

Quterreş Ttürkiyenin Hatay vilayətinin Defne rayonunda baş verən 6,4 bal gücündə zəlzələdən sonra sosial media hesabından paylaşım edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ürəklərinin yeni zəlzələlər yaşayan Türkiye və Suriya xalqının yanında olduğunu bildirib və BMT-nin əlavə yardım göstərməyə hazır olduğunu açıqlayıb.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Quterreş Türkiyenin Hatay vilayətinin Defne rayonunda baş verən 6,4 bal gücündə zəlzələdən sonra sosial media hesabından paylaşım edib. 

BMT qruplarının vəziyyəti yerində qiymətləndirdiyini qeyd edən Quterreş "Lazım olarsa, əlavə yardım etməyə hazırıq" deyib.

Qeyd edək ki, Hatay vilayətinin Defne qəsəbəsində fevralın 20-də yerli vaxtla saat 20:04-də 6,4 bal gücündə zəlzələ olub. Saat 20:07-də isə yenə Hatayın Samandağ qəsəbəsində 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələlər Suriya, İordaniya, İraq, Fələstin, İsrail və Misirdə də hiss olunub.

GÜNÜN MANŞETLERİ