BMT Talibana çağırış edib

BMT Talibana çağırış edib
Yayınlanma tarixi: 27.04.2023 17:15:44

Bu gün BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılması gözlənilən qətnamə layihəsi Talibanı təhsil, məşğulluq, hərəkət azadlığı imkanlarını sürətlə bərpa etməyə çağırır.

Birləşmiş Millətlər Təşkilatı qadınların BMT ilə işləməsini qadağan edən Taliban rəhbərliyini qınayıb.

İslamazeri.com xəbər verir ki, bu gün BMT Təhlükəsizlik Şurasında səsverməyə çıxarılması gözlənilən qətnamə layihəsi Talibanı təhsil, məşğulluq, hərəkət azadlığı imkanlarını sürətlə bərpa etməyə çağırır.
Birləşmiş Ərəb Əmirlikləri və Yaponiya tərəfindən hazırlanan qətnamə layihəsinin bu gün 15 üzvdən ibarət Şurada səsverməyə çıxarılması planlaşdırılır.
2021-ci il avqustun 15-də  Əfqanıstanın Talibanın nəzarətinə keçməsindən sonra qadınların işləməsinə və qızların təhsil almalarına ciddi məhdudiyyətlər qoyuldu.

BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) BMT-nin əfqan qadın əməkdaşlarının Əfqanıstanın Nanqarhar əyalətinə işə getməsinin qarşısının alındığını bildirmişdi.

GÜNÜN MANŞETLERİ