BMT İrandakı terror aktını pisləyib

BMT İrandakı terror aktını pisləyib
Yayınlanma tarixi: 27.10.2022 11:22:21

BMT-nin baş katibi Antonio Quterreş İranın Şiraz şəhərində Şahçeraq ziyarətgahında törədilən terror aktına münasibət bildirib.

İslamazeri.com xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş İranın Şiraz şəhərində Şahçeraq ziyarətgahına edilən terror hücumunu kəskin şəkildə pisləyib.

Quterreş vurğulayıb ki, cinayəti törədənlər tez bir zamanda məhkəmə qarşısına çıxarılmalı və cəzalandırılmalıdır.

Qeyd edək ki, ötən gün İranın Şiraz şəhərində yerləşən Şahçeraq ziyarətgahında törədilən terror aktı nəticəsində 20 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

GÜNÜN MANŞETLERİ