BMT Gürcüstandakı tərəflərə çağırış edib

BMT Gürcüstandakı tərəflərə çağırış edib
Yayınlanma tarixi: 9.03.2023 10:30:11

BMT-nin baş katibi Antonio Quterreş Gürcüstandakı bütün tərəfləri ölkədə gərginliyi artıran hərəkətlərdən çəkinməyə çağırıb.

BMT-nin baş katibi Antonio Quterreş Gürcüstandakı bütün tərəfləri ölkədə gərginliyi artıran hərəkətlərdən çəkinməyə çağırıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı açıqlamanı BMT Baş katibinin nümayəndəsinin müavini Fərhan Haq verib.

F. Haq “Baş katib Gürcüstandakı vəziyyəti izləyir, o, hamını gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkətdən çəkinməyə çağırır” deyib.

Bildirilib ki, BMT Baş katibi  ifadə azadlığının, medianın maneəsiz fəaliyyətinin, vətəndaş cəmiyyətinin işinin və insanların dinc etiraz aksiyaları keçirmək hüququnun təmin edilməsinin vacibliyini dilə gətirib. 

GÜNÜN MANŞETLERİ