BMT-dən fələstinli müsəlmanların Əl-Əqsada döyülməsinə REAKSİYA

BMT-dən fələstinli müsəlmanların Əl-Əqsada döyülməsinə REAKSİYA
Yayınlanma tarixi: 6.04.2023 12:38:07

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres İsrail təhlükəsizlik qüvvələrinin Əl-Əqsada zorakılıq görüntülərinin “dəhşətli və sarsıdıcı” olduğunu bildirib.

İslamazeri.com xəbər verir ki, BMT baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında Əl-Əqsa hücumundan danışıb.

Dujarrik "Baş katib İsrail təhlükəsizlik qüvvələrinin Qiblə Məscidində zorakılıq görüntülərini dəhşətli və şok edici olaraq qiymətləndirdi" deyib.

Yəhudilər, Xristianlar və Müsəlmanlar üçün müqəddəs olan bu dövrün zorakılıq deyil, sülh dövrü olmasının vacibliyini vurğulayan Dujarrik ibadət yerlərinin yalnız dinc ibadət üçün istifadə edilməsinin lazım olduğunu bildirib.

Dujarrik İsrail qüvvələrinin kampusdakı səhiyyə müəssisəsinə də zərər verdiyini və BMT-nin bu müəssisənin yenidən qurulmasına töhfə verə biləcəyini qeyd edib.

Xatırladaq ki, fanatik yəhudi sakinlərin “Pesah bayramı” səbəbilə Məscidül-Əqsaya basqın etmək və orada qurban kəsmək çağırışlarından sonra bir qrup fələstinli gecə təravih namazından sonra Əl-Əqsa daxilindəki Qiblə məscidinə sığınıb.

İsrail qüvvələri Əl-Əqsaya basqını zamanı Qiblə məscidinə sığınanlara müdaxilə edərək müqəddəs məbədi “döyüş meydanına” çevirib. İsrail qüvvələrinin basqını səhər namazından sonra da davam edib.

GÜNÜN MANŞETLERİ