Birləşmiş Millətlər Təşkilatında (BMT) Kahramanmaraşda baş verən zəlzələlər, onların Türkiyə və Suriyaya təsirləri, BMT qurumlarının fəaliyyətləri müzakirə edilib.
BMT-nin Cenevrə ofisində mətbuat katibi Alessandra Velluccinin moderatorluğu ilə həftəlik mətbuat konfransı keçirilib.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Dünya Ərzaq Proqramının (WFP) sözçüsü Kenn Krossli, zəlzələdən ciddi şəkildə zərər çəkən Hələb, Həma və Latakiya üçbucağına toxunaraq, "Zəlzələdən təkcə bir qrup deyil, bütün insanlar zərər çəkdi", - deyə qeyd edib.
Suriyanın şimal-qərbi də daxil olmaqla, yaraları sağaltmaq üçün tərəfdaşları ilə geniş əməkdaşlıq etdiklərini qeyd edən Krossli, WFP-nin zəlzələdən bir neçə saat sonra könüllü sığınacaqlarda isti yeməklər təqdim etmək üçün tərəfdaşları ilə işləməyə başladığını qeyd etdi.
"Suriyanın şimal-qərbində təxminən 180 min insana ərzaq yardımı edilib", - Krossli bildirib.
Beynəlxalq humanitar yardımların daxil olması üçün Suriyanın şimal-qərbində sərhədin açılmasını alqışladıqlarını qeyd edən Krossli bunun humanitar yardımların davamı üçün çox vacib olduğunu qeyd edib.
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) sözçüsü Paul Dillon bildirib ki, BMqT-ə aid humanitar yardım yüklü 11 yük maşını bu gün Suriyanın şimal-qərbinə getmək üçün BMqT-nin Qaziantepdəki anbarından yeni açılan Babüsselam Sərhəd Qapısına doğru yola düşüb.