Cari ildə 1991-1997ci illərdə hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi reallaşdırıldı.
İslamazeri.com-un məlumatına görə, bunu bu gün Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, 16 min 679 şəxsə birdəfəlik ödənişlərin həyata keçirilib.
“Naxçıvandan olan 441 şəxsə, məhkəmə qətnaməsi yoxlanılaraq isə 1109 şəxsə bu ödənişlər həyata keçirilib”,- deyə o əlavə edib.