Bəzi məktəblərdə tibbi kabinetlərin olmamasının səbəbləri açıqlanıb.
Elm və təhsil naziri Emin Əmrullayev bəzi ümumtəhsil müəssisələrində tibbi kabinetlərin olmaması ilə bağlı məlumatlara münasibət bildirib.
İslamazeri.com xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə məlumat verib.
Hər məktəbdə tibbi kabinetin olmadığını söyləyən nazir bildirib ki, təzə inşa edilən təhsil müəssisələrində bu kimi problem mövcud deyil.
E.Əmrullayev bununla yanaşı qəzalı məktəblərdə mövcud problemlərin fərqli olduğunu xatırladıb. O həmçinin məktəblərdə tibbi kabinetlərin təşkilinin Elm və Təhsil Nazirliyinin səlahiyyətində olmadığını vurğulayıb.
Nazir bu məsələdə işlərin Səhiyyə Nazirliyi və TƏBİB-lə əməkdaşlıq çərçivəsində görüldüyünü qeyd edib.