Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarılıb

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarılıb
Yayınlanma tarixi: 21.11.2022 15:16:14

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova işdən çıxarılıb.

“İslamazeri.com” xəbər verir ki, bunu Mədəniyyət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə Vəsilə Əfqan qızı Möhsümovanın müqavilə müddətinin bitməsi ilə əlaqədar vəzifəsinə xitam verilib.

Xatırladaq ki, o, bu vəzifəyə bu ilin 30 aprelində təyin olunub.

GÜNÜN MANŞETLERİ