Belarus Ukraynaya NOTA verdi

Belarus Ukraynaya NOTA verdi
Yayınlanma tarixi: 9.10.2022 11:55:43

Ukrayna XİN isə Belarusun narahatlığının əsasssız olduğunu bildirib.

İslamazeri.com Sputnik-ə istinadən xəbər verir ki, Ukraynanın Minskdəki səfiri İqor Kizim Belarus XİN-ə çağırılıb.
Ukrayna səfirinə nota təqdim edilib. Diplomatik notada “Ukraynanın Belarusa zərbə endirəcəyindən” narahatlıq ifadə olunub.
Ukrayna XİN isə Belarusun narahatlığının əsasssız olduğunu bildirib.
Xatırladaq ki, Belarus Müdafiə Nazirliyinin rəhbəri Viktor Xrenin bu günlərdə bildirib ki, "Birlik Dövlətinin silahlı mühafizəsi" üçün bütün səviyyələrdə hərbi komandanlıq və nəzarət orqanları sistemli şəkildə sərhədlərdəki mövcud vəziyyətin hərtərəfli təhlilini aparırlar. Onun dəyişikliklərinə adekvat reaksiya variantları da hazırlanır. Artıq qoşunlar və qüvvələr gücləndirilmiş iş rejimində döyüş növbətçiliyi tapşırıqlarını yerinə yetirirlər.

GÜNÜN MANŞETLERİ