Benyamin Netanyahu çərşənbə axşamı gecə ABŞ prezidentinin bəyanatlarına reaksiya verib.
Sionist rejimin baş naziri Benyamin Netanyahu çərşənbə axşamı gecə ABŞ prezidentinin bəyanatlarına reaksiya verərək deyib: İsrail öz qərarlarını xarici təzyiqlərə görə qəbul etmir.
İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Netanyahu deyib:
“İsrail dövlətinin suveren hüququ var və qərarlarını xarici təzyiqlərə əsaslanaraq vermir”.
Qeyd edək ki, işğal olunmuş ərazilərdəki böhranla bağlı ABŞ prezidenti çərşənbə axşamı axşam deyib:
"Ümid edirik ki, Netanyahu İsraildə məhkəmə islahatları planından geri çəkiləcək. Netanyahu bu yaxınlarda Ağ Evi ziyarət etmək üçün dəvət almayıb".