Baydenin şəxsi ofisində məxfi sənədlər tapılıb

Baydenin şəxsi ofisində məxfi sənədlər tapılıb
Yayınlanma tarixi: 10.01.2023 12:29:17

ABŞ Ədliyyə Departamenti sənədlərin ora necə aparıldığını araşdırır.

Vaşinqtonda Ağ Evin hazırkı rəhbəri ilə əlaqəli beyin mərkəzinin binasında Cozef Baydenin vitse-prezident olduğu dövrə aid məxfi sənədlər tapılıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə “CBS” məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Ədliyyə Departamenti sənədlərin ora necə aparıldığını araşdırır. 2018-ci ildə Pensilvaniya Universitetinin dəstəyi ilə açılan Bayden Diplomatiya və Qlobal İştirak Mərkəzində 10-a yaxın məxfi sənəd aşkarlanıb.

Ağ Ev  faktı  təsdiq  edib.  Belə  ki   sənədlərin  Baydenin vəkilləri tərəfindən 2022-ci il noyabrın 2-də ABŞ Konqresinə aralıq seçkilərdən əvvəl aşkar edilib. Sənədlər Bayden prezident seçkilərində namizədliyini elan etməzdən əvvəl 2017-2019-cu illərdə onun istifadə etdiyi ofisdə olub.

Vəkillər ofisə gəlib və orada saxlanılan sənədləri toplayıblar. Gizli sənədlər başqa məxfi olmayan sənədlərin olduğu qutudakı qovluqda olub.

GÜNÜN MANŞETLERİ