Baydenin evində daha 6 məxfi sənəd aşkar edilib

Baydenin evində daha 6 məxfi sənəd aşkar edilib
Yayınlanma tarixi: 23.01.2023 11:12:41

ABŞ Prezidenti Cozef Baydenin Delaver ştatının Vilminqton şəhərindəki iqamətgahında aparılan axtarışlar nəticəsində daha 6 məxfi sənəd aşkar edilib.

İslamazeri.com xəbər verir ki, Cozef Baydenin 2009-2017-ci illərdə vitse-prezident olduğu dövrə aid məxfi sənədlər ortaya çıxmaqdadır.

ABŞ Ədliyyə Nazirliyinin müstəntiqləri Baydenin Vilminqtondakı iqamətgahında təxminən 13 saat davam edən axtarış aparıblar. Nəticədə 6 yeni məxfi sənəd tapılıb. Sənədlərin bəziləri Baydenin senator olduğu dövrə, bəziləri isə Barak Obamanın vitse-prezident olduğu dövrə aiddir.Q

Qeyd edək ki, Cozef Baydenin vitse-prezidentliyinin gizli sənədləri ilk dəfə 2022-ci ilin noyabr ayında bəlli olub. Faktla bağlı ABŞ Ədliyyə Nazirliyi araşdırmalara başlayıb.

GÜNÜN MANŞETLERİ