Co Bayden keçirdiyi mətbuat konfransında son həftələrdə “42-ci qanun'' müzakirələri ilə gündəmdən düşməyən qeyri-qanuni qaçqın probleminə qarşı gördüyü işlərdən danışıb.
Amerika Birləşmiş Ştatları Prezidenti Co Bayden ölkəyə qeyri-qanuni köçün qarşısını almaq üçün Meksika sərhədində saxlanılan qeyri-qanuni qaçqınların yeni növ koronavirus (Kovid-19) epidemiyası dövründə həyata keçirilən məhdudiyyətlərindən istifadə edərək sürətlə deportasiya ediləcəyini söylədi.
Co Bayden keçirdiyi mətbuat konfransında son həftələrdə “42-ci qanun'' müzakirələri ilə gündəmdən düşməyən qeyri-qanuni qaçqın probleminə qarşı gördüyü işlərdən danışıb.
Epidemiya dövründə qeyri-qanuni qaçqınları sürətlə deportasiyası üçün həyata keçirilən məhdudiyyətlərin Kubalılar, Nikaraqualılar və Haitililərə qarşı tətbiq olunmağa davam edəcəyini bildirən Bayden bu üç ölkədən və Venesueladan hər ay 30 minə qədər qaçqının hava yolu ilə daxil olmasına icazə veriləcəyini açıqladı.
Bayden ABŞ-a qeyri-qanuni şəkildə daxil olmağa çalışan Kuba, Nikaraqua və haitili qeyri-qanuni qaçqınlara müraciət edib.
“Bu yeni proses nizamlı, təhlükəsiz və humanistdir'',-deyə Amerika Birləşmiş Ştatları Prezidenti vurğulayıb.
Yüksək rütbəli hökumət rəsmisi ABŞ prezidentinin yanvarın 8-də Texasın El Paso qəsəbəsinə səfər edəcəyi, burada sərhəd mühafizəsi əməliyyatlarını müzakirə edəcəyi və yerli rəsmilərlə görüşəcəyi barədə məlumatı paylaşıb.
Ötən ay Co Bayden hökuməti qeyri-qanuni miqrantların deportasiya prosesini sürətləndirən 42-ci qanunu ləğv etməyə hazırlaşdığını açıqlamışdı.
Xüsusilə Meksika ilə həmsərhəd Respublikaçı əyalətlər 42-ci qanunun ləğvi planına reaksiya göstərib və Texasın El Paso qəsəbəsində qeyri-qanuni qaçqın axınına qarşı fövqəladə vəziyyət elan edilib.
Nyu-York və Kaliforniya kimi demokratların rəhbərlik etdiyi ştatlar da Konqresdən və federal hökumətdən maliyyə yardımı istəyib və 42-ci qanunun ləğv ediləcəyi təqdirdə yenidən qeyri-qanuni qaçqın axını ilə üzləşə biləcəkləri ilə bağlı çağırış ediblər.