Bayden və Şolts Ukraynadakı vəziyyəti müzakirə edib

Bayden və Şolts Ukraynadakı vəziyyəti müzakirə edib
Yayınlanma tarixi: 7.11.2022 17:28:44

Almaniya kansleri Olaf Şolts noyabrın 7-də ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, məlumata görə, Şolzun Baydenlə keçən həftə Çin Xalq Respublikasına etdiyi səfər və Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi apardığı bildirilib.

Açıqlamada Olaf Şolts və Co Baydenin Çin Dövlət Başçısı Si Cinpinin nüvə silahının istifadəsi və təhdidinə qarşı açıq bəyanatını alqışladıqları vurğulanıb.

Telefon danışığı zamanı Bayden və Şolts Rusiyanın Ukraynada mülki infrastrukturu, xüsusilə enerji təchizatı obyektlərini bombalamağa davam etməsini pisləyib və iki lider rəsmi Kiyevə dəstəyi davam etdirmək əzmində olduqlarını bir daha bəyan ediblər.

GÜNÜN MANŞETLERİ