Bayden və Makron İranın nüvə sazişini müzakirə edəcək

Bayden və Makron İranın nüvə sazişini müzakirə edəcək
Yayınlanma tarixi: 29.11.2022 17:02:10

ABŞ prezidenti Co Bayden Vaşinqtonda Fransa prezidenti Emmanuel Makronla görüşündə İranın nüvə sazişini müzakirə edəcək.

İslamazeri.com xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə direktoru Con Kirbi ABŞ prezidenti Co Baydenin gələn cümə axşamı Fransa prezidenti Emmanuel Makronla görüşəcəyini bildirib.

Kirbi bildirib ki, Bayden və Makron ikitərəfli əlaqələri, həmçinin İranın nüvə sazişi və Çini müzakirə edəcəklər.

Qeyd edək ki, Fransa prezidenti Makron Baydenlə görüşmək üçün çərşənbə günü Vaşinqtona gedəcək.

GÜNÜN MANŞETLERİ