Bakının Xətai rayonunda 2 küçə əsaslı təmir edilib

Bakının Xətai rayonunda 2 küçə əsaslı təmir edilib
Yayınlanma tarixi: 29.12.2022 12:55:26

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Xətai rayonu ərazisində Elvin Şükürlü və Zeytunluq küçələri əsaslı təmir edib.

İslamazeri.com xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, ümumi uzunluğu 5 kilometr təşkil edən sözügedən küçələrdə aparılan yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, yeni yol yatağı tikilib, küçələr profilə salınıb, yol əsası işlənilib, yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa yeni səkilərin inşası, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması, yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunub.

Sonda üfüqi nişanlanma xətləri çəkilib, zəruri yol nişanları quraşdırılıb.

 

GÜNÜN MANŞETLERİ